Azərbaycandan gələn məktub Kahramanmaraşlı Abbas Çalıkı duyğulandırdı
Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək üçün ilk gündən səfərbər olan Azərbaycan göndərdiyi yardımlarla yanaşı, vətəndaşların məktubları ilə də könülləri fəth edir.
Xəbər15 məlumat verir ki, zəlzələ nəticəsində çadır kəndlərdə yaşamağa başlayan Abbas Çalık uşaqları üçün göndərilən yardım paketini açarkən azərbaycanlı İmanova Nərgizin göndərdiyi məktubu tapıb.
Məktubda “Salam qardaşlarım və bacılarım. Türkiyədə baş verən zəlzələ məni çox kədərləndirdi. Allah hər birinizə kömək olsun. Sizi çox sevirəm” sözlərini oxuyan Abbas Çalık bundan təsirlənib.
A.Çalık məktubdakı telefon nömrəsinə zəng edib: “Əmanətinizi aldıq. Ürəyiniz çox böyükdür, çox təşəkkür edirik. Hədiyyə yox, düşüncə önəmlidir. Çox böyük düşüncədir. Allah sizə və heç kəsə göstərməsin”.
Daha sonra Anadolu Agentliyinin müxbirinə açıqlama verən A.Çalık bildirdi ki, azərbaycanlılar zəlzələdən sonra böyük fədakarlıqlar göstərdi: “Onlar ürəyi böyük insanlardır, qardaşlarımızdır, soydaşlarımızdır. Xoşbəxt olduq. Bu ağır zamanda onlar da əllərini daşın altına qoydu. Dəstək olmaq üçün çalışdılar. Həqiqətən çox xoşbəxt oldum. Hər birinə təşəkkür edirəm”.
Oxunma sayı: 635-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub