Azərbaycandan Türkiyəyə gedənlərin sayı azalıb
Bu ilin yanvar-may aylarında Türkiyəyə 253 min 877 nəfər Azərbaycan vətəndaşı səyahət edib.
Bu barədə Xəbər15-ə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 7032 nəfər və ya 2,7 % azdır. Türkiyəyə gedən azərbaycanlılar bu ölkəyə səfər edən millətlərin 1,81 %-ni təşkil edir.
Qeyd edək ki, bu ilin 5 ayında Türkiyəyə ən çox səfər edən Rusiya, Almaniya, İngiltərə, Bolqarıstan və İran vətəndaşlarıdır.
Oxunma sayı: 495OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib