Azərbaycan xilasedicilərinin bir qrupu Kahramanmaraşdan ölkəmizə yola salınıb
Azərbaycandan Kahramanmaraşa gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin bir qrupu ölkəmizə geri qayıdır.
Xəbər15 Anadolu Agentliyinə istinadla məlumat verir ki, Kahramanmaraşda fəaliyyət göstərən 760 nəfərlik heyətdən 238-i Vətənə yola salınıb.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, zəlzələdən dərhal sonra Azərbaycan Prezidentinin tapşırığı əsasında 760 nəfərlik heyət yaradılaraq Türkiyəyə gəlib və axtarış-xilasetmə işlərinə başlayıb.
“Çevik xilasetmə qüvvələrimiz axtarış-xilasetmə əməliyyatları zamanı 53 nəfərin həyatını xilas etdi və bunlardan 17-si uşaq idi. Eyni zamanda, 174-ü uşaq olmaqla 755 nəfərin meyitini dağıntılar altından çıxardı. Kahramanmaraşda fəaliyyət göstərən iki səhra xəstəxanasında 2 mindən çox şəxs müalicə olundu. 114 nəfərlik qrup da Hataydadır”, – deyə Etibar Mirzəyev vurğulayıb.
Oxunma sayı: 540-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub