Azərbaycanın çimərlik voleybolçuları təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
Çimərlik voleybolçularımız təlim-məşq toplanışı üçün Antalyaya yola düşüblər. Voleybolçularımız rusiyalı mütəxəssis İqor Olefirin rəhbərliyi altında 14 gün hazırlıq keçəcəklər.
Xəbər15 Azərbaycan Voleybol Federasiyasına istinadla məlumat verir ki, komandamız hazırlıq prosesi çərçivəsində Rusiya və Türkiyə klubları ilə yoxlama matçlarında güclərini sınayacaq.
Təlim-məşq toplanışına 6 qız və 7 oğlan voleybolçu cəlb olunub. Baş məşqçi İqor Olefirə məşqlərdə yerli mütəxəssislərimiz Nihad Tarverdiyev (qızlar) və Cəlil Baxtiozin (oğlanlar) kömək edəcəklər.
Oxunma sayı: 434OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib