Azərbaycanın turizm imkanları Türkiyədə təbliğ olunur
Azərbaycanın turizm imkanları aprelin 12-də Türkiyədə işinə başlayan “EMITT 2023” Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində təbliğ olunur.
Dövlət Turizm Agentliyindən Xəbər15-ə bildirilib ki, dörd gün davam edəcək sərgidə Agentliyin dəstəyi, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizi 2 yerli turizm şirkəti, hotel və mehmanxana qrupu və “Azərbaycan Hava Yolları”QSC təmsil edir.
Sərgi çərçivəsində turizm şirkətləri ilə B2B formatlı işgüzar görüşlər keçirilir və qarşılıqlı turist mübadiləsinə təkan verəcək ikitərəfli əməkdaşlıq imkanları dəyərləndirilir.
26-cı dəfə keçiriləcək və dünyanın 30 ölkəsindən 600 iştirakçı tərəfindən turizm məhsulları tanıdılacaq sərgi dünya üzrə 5 ən böyük sərgidən biri hesab olunur. Ötən il sərgi 110 ölkədən 33 min 595 nəfər ziyarətçi qəbul edib.
Türkiyə 2022-ci ildə Azərbaycana səfər edənlərin sayına görə ilk 5 ölkə arasında 2-ci yeri tutub. 2022-ci ilin statistikasına əsasən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 311 min 880 nəfər olub ki, bu da 2019-cu il rəqəmlərinin 99 faiz bərpası deməkdir.
Oxunma sayı: 455-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib