Azərbaycanın U-16 basketbol yığması İstanbulda təlim-məşq toplanışında iştirak edir

İdman - 13 Aprel 2023 14:27 A A

On altı yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığması İstanbulda təlim-məşq toplanışında iştirak edir.

Xəbər15 Azərbaycan Basketbol Federasiyasına istinadla məlumat verir ki, baş məşqçi Evren Alkayanın rəhbərlik etdiyi millimiz gündə iki dəfə olmaqla məşqlərini davam etdirir.

Hazırlıq prosesi çərçivəsində millimizin “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Darruşafaka” klubları ilə yoldaşlıq görüşləri keçirməsi də planlaşdırılır.

Aprelin 22-dək davam edəcək təlim-məşq toplanışında əsas hədəf iyulun 18-23-də Andorrada baş tutacaq Avropa çempionatının “C” divizionu oyunlarına hazırlaşmaqdır.

Oxunma sayı: 375
İdman - 14:27 A A
OXŞAR XƏBƏRLƏR