Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələri Kahramanmaraşda zəlzələ qurbanlarını ziyarət ediblər
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində bu ilin fevralında Kahramanmaraş şəhərində baş verən zəlzələ nəticəsində evlərini itirən və çadır şəhərciyində yaşayan ailələr ziyarət edilib.
Xəbər15 məlumat verir ki, Kahramanmaraş şəhərində Südçü İmam Universitetinin daxilində hazırlanmış çadır şəhərciyinə gələn nümayəndə heyəti əvvəlcə universitetin rektoru Alptekin Yasım ilə görüşüb. Vətəndaş cəmiyyəti nümayəndələrinə çadır şəhərciyi, orada yaşayan insanlar haqqında məlumat verilib.
Nümayəndə heyəti 5-15 yaşlı minə yaxın uşaq üçün gətirilən geyim və digər zəruri vasitələri zəlzələdən əziyyət çəkən uşaqlara paylayıb. Vətəndaş cəmiyyəti nümayəndələri Prezident İlham Əliyevin tapşırığı ilə Kahramanmaraş şəhərində tikilən Heydər Əliyev adına məktəbin inşaat işlərinin gedişi ilə tanış olublar.
Sonra şəhərdə Xocalı faciəsinə həsr olunan park ziyarət edilib.
Oxunma sayı: 320-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub