Azərbaycanlı akademik Türkiyə Tarix Qurumunun prezidenti ilə görüşüb
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyə Tarix Qurumunun prezidenti professor Yüksel Özgen ilə görüşüb.
Xəbər15-in məlumatına görə, görüş zamanı təşkilatlar arasında daimi tərəfdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Ş.Mustafayev rəhbərlik etdiyi qurumun hazırkı işi barədə məlumat verib, türk xalqlarının tarixinin öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb.
Y.Özgen isə Beynəlxalq Türk Akademiyasının elmi əməkdaşlıq çərçivəsində təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib. Görüşün sonunda Ş.Mustafayev Akademiya tərəfindən hazırlanmış Türk Dünyası Tarix və Mədəniyyət Atlasını professor Y.Özgenə təqdim edib.
Oxunma sayı: 261OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb