Azərbaycanlı qadınlar Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım göndəriblər
Azərbaycanlı qadınlar tərəfindən toplanan humanitar yardımı daşıyan 6 ədəd TİR Bakıdan Türkiyəyə yola düşüb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasından (AQSİA) Xəbər15-ə bildirilib ki, “Qardaş Köməyi” Platformasının təşkilatçılığı ilə AQSİA tərəfindən toplanan konteyner ev, çadır və ərzaq məhsullarından ibarət 6 yük maşınını Türkiyənin Bakıdakı səfiri Cahid Bağcı, deputatlar və QHT nümayəndələri yola salıb.
Cahid Bağcı azərbaycanlı qadınların anlamlı bir tədbirə imza atdıqlarını bildirib. Səfir zəlzələnin baş verdiyi ilk anlardan etibarən Azərbaycanın dəstəyini hiss etdiklərini vurğulayıb.
Tədbirdə iştirak edən deputatlar, QHT nümayəndələri bildiriblər ki, yardımlar davamlı olacaq və hər an Türkiyənin yanında olduğumuzu göstərəcəyik.
O da qeyd olunub ki, “Qardaş Köməyi” Platformasının təşkilatçılığı ilə indiyə qədər 155 TİR yardım göndərilib və proses davam etdiriləcək.
Oxunma sayı: 388
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub