Azərbaycanlı və türkiyəli ixtiraçılar Qırğızıstanda beynəlxalq foruma qatılacaqlar

Texnologiya - 11 Aprel 2023 02:54 A A

Azərbaycandan olan məktəbli və tələbələr aprelin 25-dən 28-dək Bişkek şəhərində “Biz XXI əsrin intellektuallarıyıq” adlı beynəlxalq forumda iştirak edəcəklər.

Xəbər15 “Veçerni Bişkek” qəzetinə istinadla məlumat verir ki, forumda Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gənc ixtiraçılar iştirak edəcəklər.

Layihələrin müdafiəsi 6 nominasiya üzrə aparılacaq: “Yeni nəzəri layihələr və modellər”, “Robototexnika və avtomatlaşdırılmış texnologiyalar”, “Cihazlar, radioavadanlıq və telekommunikasiya sistemləri”, “Enerji və enerjiqoruyucu texnologiyalar”, “Stend modellər”, “İnformasiya texnologiyaları və proqramlaşdırma”.

“Biz XXI əsrin intellektuallarıyıq” beynəlxalq forumu Qırğızıstanın Təhsil və Elm Nazirliyi, “Altın tuyun” Milli Uşaq Mühəndis-Texniki Akademiyası tərəfindən məktəbli və tələbələrin elmi-texniki təhsili və yaradıcılığının inkişafı məqsədilə keçirilən illik tədbirdir.

Oxunma sayı: 468
Texnologiya - 02:54 A A
OXŞAR XƏBƏRLƏR