AZAL-dan qadınlara İstanbul, Antalya və digər şəhərlər üçün güzəştli aviabiletlər
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərbaycan Hava Yolları” bəşəriyyətin zərif yarısının nümayəndələri üçün Bakıdan məşhur istiqamətlər üzrə aviabiletlərə 30 faiz güzəşt elan edib.
Aviaşirkətdən Xəbər15-ə bildirilib ki, aviabiletləri martın 6-dan 8-dək aviaşirkətin 13 marşrutu (gediş-gəliş) üzrə güzəştlə əldə etmək mümkündür. Aksiya çərçivəsində aviabiletlər martın 28-dən –aprelin 20-dək olan uçuşlara şamil edilir.
Belə ki, Bakıdan aşağıdakı şəhərlər üzrə uçuşlara 30 faiz güzəşt tətbiq olunur: Milan, London, Praqa, Berlin, Dubay, İstanbul, Antalya, Moskva (“Domodedovo” və “Vnukovo” hava limanları), Sankt-Peterburq, Novosibirsk, Yekaterinburq, Astana, Almatı.
Sözügedən reyslərə aviabiletləri aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərindən, həmçinin callcenter@azal.az elektron poçtu vasitəsilə Çağrı mərkəzinə müraciət etməklə əldə etmək olar.
Qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə AZAL bütün xanımları təbrik edir və onlara xoşbəxtlik, firavanlıq və gözəl əhval-ruhiyyə, həmçinin aviaşirkətlə maraqlı səyahətlər arzulayır.
Oxunma sayı: 454-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib