“Azexport.az” və Türkiyənin “ODS Consulting Group” şirkəti arasında birgə layihələrin icrasından danışılıb
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı və Türkiyənin “ODS Consulting Group” şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Mərkəzdən Xəbər15-ə bildirilib ki, görüşdə iştirak edən “Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov portal tərəfindən təqdim olunan xidmətlərə dair təqdimatla çıxış edib. Daha sonra “ODS Consulting Group” şirkətinin nümayəndələri Teoman Engin və Pınar Seçkin təmsil etdikləri təşkilatın xidmətlərinə dair məlumatları bölüşüblər.
Tədbir qarşılıqlı əməkdaşlıq istiqamətləri, təcrübə mübadiləsi və birgə layihələrin icrasına dair müzakirələrlə davam edib.
“ODS Consulting Group” 2008-ci ildən fəaliyyət göstərir. Şirkət istehsal, logistika, korporativ idarəetmə və beynəlxalq ticarət kimi sahələrdə məsləhət xidmətləri təqdim edir.
Oxunma sayı: 397-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib