AZMİU alimi EGE Universitetində Qarabağda aparılan tikinti-quruculuq işlərinə aid seminarlar keçirib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri professor Nurməmməd Məmmədov Orhun Mübadilə Proqramı çərçivəsində Türkiyə Respublikasının İzmir şəhərində ezamiyyətdə olub.
Xəbər15 məlumat verir ki, səfər çərçivəsində Nurməmməd Məmmədov EGE Universitetində işgüzar görüşlər keçirib və bu ali təhsil ocağının prorektorları professor Mehmet Ersan və professor Banu Yusellə, Günəş Enerjisi İnstitutunun direktoru professor Ceylan Zaferlə, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, Beynəlxalq əlaqələr koordinatoru professor Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və digər əməkdaşlarla faydalı müzakirələr aparıb. Müxtəlif fakültələr və laboratoriyaları gəzən professor Nurməmməd Məmmədov universitet əməkdaşları ilə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında fikir mübadiləsi edib. Eyni zamanda, o, Günəş Enerjisi İnstitutunda Azərbaycanın inşaat sektorunda enerji səmərəliliyi və bərpa olunan enerji mənbələrindən istifadə məsələləri və Qarabağda aparılan tikinti-quruculuq işlərinə aid geniş təqdimatlı 4 seminar keçirib, geniş prezetansiya təqdim olunub.
Qeyd edək ki, Orhun Mübadilə Proqramı Türk Şurası Türk Universitetlər Birliyinə üzv olan universitetlər arasında imzalanan protokollar çərçivəsində həyata keçirilən tələbə və müəllim mübadiləsi proqramıdır.
Oxunma sayı: 424-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb