AzMİU-nun müəllimi Türkiyənin Ege Universitetində mühazirə oxuyub
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müəllimi Şahmar Rəfili “Orhun” mübadilə proqramı çərçivəsində Türkiyənin Ege Universitetində ezamiyyətdə olub.
AzMİU-dan Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində Şahmar Rəfili Ege Universitetinin prorektoru Mehmet Ersan, Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan, professor Candaş Adıgüzel Zengin, koordinator Sermin Dişkaya və s. əməkdaşlarla görüşlər keçirib, faydalı müzakirələr aparıb. Gələcəkdə hər iki universitet üçün maraq kəsb edən elmi-tədris layihələri və onların reallaşdırılması istiqamətində görüləcək işlərdən danışılıb. AzMİU-nun müəllimi Ege Universitetinin İnşaat fakültəsinin müəllimləri və magistrantları üçün mühazirə də oxuyub. O, həyat fəaliyyətinin təhlükəsizliyi, inşaat sahəsində işçilərin təhlükəsizliyi, yeni normalar və Azərbaycanda qazanılan təcrübə, eləcə də AzMİU-da bu istiqamətdə aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verib. Həmçinin müxtəlif laboratoriyaları gəzib, tələbələrin apardığı təcrübələri izləyib.
Sonda mübadilə proqramına qatıldığı üçün Şahmar Rəfiliyə “Orhun” mübadilə proqramının diplomu təqdim edilib.
Oxunma sayı: 329-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub