Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımaların həcminin artırılması müzakirə olundu
Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanda Bakı-Tbilisi-Qars (BTQ) layihəsinin infrastrukturu ilə tanış olub.
Xəbər15 məlumat verir ki, nazir bu barədə özünün tviter hesabında yazıb.
“Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində infrastruktur obyektlərinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olmaq üçün Tetritskaro dəmir yolu stansiyasına baxış keçirdik. Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşdük. İkitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcminin artırılması və buraxılış qabiliyyətinin genişləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsi və layihə üzrə Gürcüstan ərazisində planlaşdırılan işlərin sürətləndirilməsi məsələlərinə dair fikir mübadiləsi apardıq”, – R.Nəbiyev qeyd edib.
Oxunma sayı: 369-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub