Bakıda Xeyriyyə bazarında əldə olunan gəlir Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək
Beynəlxalq Qadınlar Klubu (IWC) və Hindistanın Azərbaycandakı səfirliyi martın 11-də Xeyriyyə bazarı təşkil edəcək. Tədbirdən əldə olunan bütün gəlirlər Türkiyədə zəlzələdən zərərçəkənlərə göndəriləcək.
Xəbər15 səfirliyə istinadla məlumat verir ki, Xeyriyyə bazarı Badamdarda yerləşən “Hotel Badamdar & Residences” mehmanxanasının (keçmiş “Pullman Hotel”) “Qəbələ” zalında saat 10:00-dan 19:00-dək keçiriləcək.
Tədbirdə əl işi məhsulları, o cümlədən xalçalar, rəsmlər, gəlinciklər, şərflər, oymalar, ətirli sabunlar, təbii daşlardan bəzək əşyaları, gümüş zinət əşyaları, toxunma gəlinciklər və başqa məhsulları əldə etmək mümkün olacaq.
Xeyriyyə tədbirinin iştirakçıları, həmçinin müxtəlif ölkələrin mətbəxlərinin təamlarından dada, xına ilə naxışlar etdirə və digər əyləncələrdə iştirak edə biləcəklər. İştirakçılar üçün lotereya oyunu da təşkil olunacaq.
Hindistanın Azərbaycandakı səfirliyi və IWC hər kəsi Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün tədbirə qoşulmağa dəvət edir.
Oxunma sayı: 335-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub