Bakıdakı Türk Şəhidliyində Çanaqqala Zəfəri anılıb
Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.
Türkiyənin Azərbaycandakı səfirliyindən Xəbər15-ə bildirilib ki, mərasimdə səfirliyin nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak edib.
Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib.
Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər qoyub.
Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.
Oxunma sayı: 850
OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib