Bakıdan Trabzona yeni aviareys açılır
AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır.
“Buta Airways” aviaşirkətinin mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.
Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.
Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.
“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin “www.butaairways.az” rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Oxunma sayı: 222OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib