BDU-nun komandası “TEKNOFEST – Girişim Yarışması”nın qalibi olub
Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST – Girişim Yarışması”nın final mərhələsində uğurla çıxış edərək, 3 qalib komandadan biri olub.
Xəbər15 məlumat verir ki, BDU-nun “BSU Creativity Workz” komandası yarışmada “Ağıllı nəqliyyat texnologiyaları” kateqoriyası üzrə bu ilin may ayında İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülən “Driver’s Eye” layihəsi ilə çıxış edib.
Qeyd edək ki, “TEKNOFEST – Girişim Yarışması”nda 10 kateqoriya üzrə 2419 komanda yarışıb. Yarışın məqsədi keçmiş illərdə (2018 – 2023) TEKNOFEST festivalının müxtəlif kateqoriyalarında yarışaraq finalçı və ya qalib olan komandaların hazırladığı prototipləri, biznes ideyalarını istehsalata hazır son məhsula çevirmək, onların beynəlxalq bazara çıxışını, investorlarla görüşünü təmin etməkdir. Keçirildiyi illər ərzində “TEKNOFEST – Girişim Yarışması” vasitəsilə Türkiyədə müxtəlif istiqamətlərdə fəaliyyət göstərən 121 şirkət qurulub.
Oxunma sayı: 106-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub