BDU-nun tələbələrinin 4 layihəsi “TEKNOFEST-2023”ün finalına vəsiqə qazanıb
Bakı Dövlət Universitetinin (BDU) tələbələrindən ibarət 3 komandasının 4 layihəsi “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalının final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə Xəbər15-ə BDU-dan məlumat verilib.
Festivalda 2 kateqoriya üzrə (“Yaşıl texnologiyalar” və “Ağıllı nəqliyyat” kateqoriyaları) yarışmaya qatılan “BSU Creativity Workz” komandasının 2 layihəsi finalda BDU-nu təmsil edəcək. Komandanın “Driver’s Eye” layihəsi yol hərəkətində müşahidə edilən problemlərin süni intellekt əsasında həllinə həsr edilib. Belə ki, layihədə nəqliyyat axınının, piyadaların hərəkətinin və avtomobilin idarə edilməsi zamanı yaranan “kor nöqtələr” süni intellekt əsaslı YOLO alqoritmi ilə analiz edilib. Bunun əsasında sürücünün görə bilmədiyi nöqtələri görən, baş verə biləcək avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem yaradılıb.
“BSU Creativity Workz” komandasının “REB-Pack” layihəsində isə dörd fərqli təbii şərait və qaynaqdan (günəş, külək, alov və su axını) elektrik enerjisi əldə etməyə imkan verən bel çantası hazırlanıb. Çanta müxtəlif üsullarla əldə edilmiş elektrik enerjisindən çətin təbii şəraitdə istifadə etməyə, çanta üzərində quraşdırılmış xüsusi sensorlar qan təzyiqi, bədən temperaturu və s. kimi parametrləri qeyd etməyə və lazım gəldikdə monitorinq mərkəzinə ötürməyə imkan verəcək.
BDU-nun “Humantek” komandasının “Aqrar texnologiyalar” kateqoriyası üzrə finala vəsiqə qazanmış “Ağıllı damla sulama sistemi” layihəsində məqsəd torpağın mineral tərkibi, rütubət səviyyəsi və hava şəraitindən asılı olaraq kənd təsərrüfatı sahələrini avtomatik suvarmaqla su israfını minimuma endirməkdir. Torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyaların yerləşdirilməsi nəzərdə tutulub.
BDU-nun “G-21” komandasının “Aqrar texnologiyalar” kateqoriyası üzrə finala vəsiqə qazanmış “Zərərvericilərə qarşı dronlarla mübarizə” layihəsi ultrasəs dalğaları şüalandıra bilən, termik kameralarla təchiz olunmuş dronlar vasitəsilə əkinçilikdə gəmiricilərə qarşı effektiv və təhlükəsiz mübarizə aparmağa imkan verən avtomatik sistemin hazırlanmasına həsr olunub.
Digər kateqoriyalar üzrə finala vəsiqə qazanmış komandalar haqqında məlumatlar yaxın günlərdə açıqlanacaq.
“TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalı aprelin 27-dən mayın 1-dək İstanbulda keçiriləcək.
Oxunma sayı: 447-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub