“Beşiktaş”ın ulduzu Bakıdakı oyuna qatılmayacaq
Türkiyə “Beşiktaş”ının futbolçusu Raşid Gezzal Bakıda “Sabah”a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.
Xəbər15 yerli mətbuata istinadla məlumat verir ki, əlcəzairli hücumameylli yarımmüdafiəçi zədəsini sağaltsa da, hələlik komanda ilə məşqlərə başlamayıb.
İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş oynamağa hazır olmayan 31 yaşlı vingeri Azərbaycana gətirməyi planlaşdırmır.
Təcrübəli oyunçu ən yaxşı halda mayın 21-də səfərdə “Adana Demirspor”la keçiriləcək Superliqanın XXXV tur matçında meydana çıxa bilər.
Oxunma sayı: 136OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib