BTC ilə Rumıniyaya daşınan Qazaxıstan nefti Ceyhan limanında tankerə yüklənir
Rumıniyanın Konstansa limanına daşınaraq “Petromidia” neft emalı zavoduna boşaldılacaq Qazaxıstan neftinin Ceyhan limanında tankerə yüklənilməsi prosesinə başlanılıb.
Xəbər15 Kazinform agentliyinə istinadla məlumat verir ki, 80 min ton neftdən ibarət ilk partiya Qazaxıstanın “Kazmortransflot” kompaniyasına məxsus “ALATAU” tankeri vasitəsilə daşınacaq.
Ötən ilin sonlarında illik 1,5 milyon ton Qazaxıstan neftinin Aktau-Bakı-Ceyhan marşrutu ilə nəqli üzrə SOCAR və “KazMunayQaz” kompaniyaları arasında beşillik saziş imzalanıb. Cari ilin mart ayında Qazaxıstan neftinin Aktau-Bakı istiqaməti ilə daşınmasına başlanılıb. Aprelin 20-nə qədər Aktau limanından Bakıya 86 min ton neft daşınıb.
Oxunma sayı: 381OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib