“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya
“Buta Airways” aşağıbüdcəli aviaşirkəti sərnişinləri üçün Türkiyənin məşhur şəhərləri – İstanbul, İzmir və Ankara reyslərində yeni aksiyaya başlayıb.
Aviaşirkətdən Xəbər15-ə bildirilib ki, martın 27-dən aprelin 18-dək bu şəhərlərə gediş-gəliş biletləri əldə edərkən hər bir sərnişinə çəkisi 23 kq-a qədər olan bir əlavə ödənişsiz baqaj yeri təqdim olunur. Bundan əlavə, “AZAL Miles” loyallıq proqramının iştirakçıları bu istiqamətlər üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar.
Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya callcenter@butaairways.az elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.
Tez-tez uçan sərnişinlər üçün “AZAL Miles” loyallıq proqramı haqqında daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.azal.az/az/azal-miles/terms-and-conditions.
Oxunma sayı: 439-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib