Cahit Bağçı: İrəvanda Azərbaycan bayrağına hücum əsla qəbul edilə bilməz

Siyasət - 15 Aprel 2023 16:23 A A

Beynəlxalq idman yarışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz.

Xəbər15 məlumat verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

“Son günlər Ermənistan tərəfindən sərgilənən davranışlar, dumanlı havada yolunu azaraq sərhədi keçən Azərbaycan əsgərinə insanlığa sığmayan işgəncələr və beynəlxalq idman yarışının açılışında Azərbaycan bayrağına edilən hücum əsla qəbul edilə bilməz. Qınayırıq”, – deyə səfir əlavə edib.

Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib.

Oxunma sayı: 504
Siyasət - 16:23 A A
OXŞAR XƏBƏRLƏR