Çavuşoğlu Azərbaycanla bağlı paylaşım edib
Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda sülhün və sabitliyin təminatıdır.
Xəbər15 məlumat verir ki, bu barədə cümə günü özünün “Twitter” səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.
Onun sözlərinə görə, Türkiyə İkinci Qarabağ müharibəsində qardaş Azərbaycanın haqq işinə siyasi və mənəvi dəstək verib.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan və Türkiyə “Şuşa Bəyannaməsi”ni imzalamaqla münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik səviyyəsinə qaldırıb.
M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə işğaldan azad edilən torpaqlarda başladılan yenidənqurma və dirçəliş işlərinə töhfə verməkdə davam edir.
“Prezidentlərimiz Füzulidə və Zəngilanda qısa müddətdə tikilmiş beynəlxalq hava limanlarını birgə açıblar”, – deyə M.Çavuşoğlu əlavə edib.
XİN rəhbəri iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 6,5 milyard dollara çatdığını da qeyd edib.
Oxunma sayı: 359-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib