Ceyhun Bayramov: Azərbaycan dağıntılara məruz qalmış ərazilərin bərpasında Türkiyəyə dəstəyini davam etdirəcək
Zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsi böyük mənəvi əhəmiyyət daşıyır. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş ölkənin yanında olan Azərbaycan, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcək.
Xəbər15 məlumat verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 16-da TDT-nin Xarici İşlər Nazirləri Şurasının Türkiyənin paytaxtı Ankarada keçirilən fövqəladə Zirvə Görüşündə səsləndirib.
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə ölkəmizin bütün əlaqədar qurumları tərəfindən operativ qaydada Türkiyəyə yardım edildiyi, bu çərçivədə ölkəmizdən xilasetmə və tibbi heyət, səhra xəstəxanaları, onlarla təyyarə və yüzlərlə yük maşınları ilə göndərilən humanitar yardım barədə məlumat verilib.
Nazir Ceyhun Bayramov, həmçinin baş vermiş təbii fəlakət fonunda üzv dövlətlər arasında fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın, o cümlədən birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması üzrə yol xəritəsinin praktiki icrasının vacibliyini qeyd edib.
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb