Ceyhun Bayramov ilə Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Siyasət - 12 Aprel 2023 15:32 A A

Aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Xəbər15-ə bildirilib ki, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri aprelin 11-də Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Türkiyəli nazir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Oxunma sayı: 771
Siyasət - 15:32 A A
OXŞAR XƏBƏRLƏR