“CinemaPlus” “Ne olacak halim?” filminin nümayişinə başlayır

Mədəniyyət - 7 Mart 2023 16:34 A A

“CinemaPlus” kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən “Ne olacak halim?” türk ailə komediyasının nümayişi başlayır.

Kinoteatrdan Xəbər15-ə verilən məlumata görə, filmin rejissor və ssenaristi Semra Dündardır.

Baş rollarda isə Emre Altuğ, Algı Eke və Lemi Filozof iştirak edib.

Ekran işinin məzmunu məşhur aparıcı Halim Pekyaman uşaqları sevməməsi və günlərini “playboy” həyatı yaşayaraq keçirməsindən bəhs edir.

Belə ki, bir gün canlı televiziyada uşaqlardan danışanda həyatı alt-üst olur. Uşaq düşməni elan edilən o, telekanaldan qovulur və Kuşadasındakı bağ evinə gedir. Onun yolu əri tərəfindən tərk edilmiş, dörd övladı ilə həyat mübarizəsi aparan Mələklə kəsişir.

Həyat elə gətirir ki, Halim sevdiyi Mələyin uşaqlarına baxmaq məcburiyyətində qalır. O, İstanbuldakı cazibədar həyatını unudub ailə başçısı ola biləcəkmi?

Oxunma sayı: 374
Mədəniyyət - 16:34 A A
OXŞAR XƏBƏRLƏR