Deputat: Prezident İlham Əliyev “Togg”un ikinci sifarişçisi olmaqla Azərbaycanın Türkiyəyə dəstəyini bir daha göstərdi
Türkiyənin ilk yerli elektromobili “Togg”un Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunması yalnız iki liderin dostluq münasibətlərinin inikası yox, həm də çox ciddi siyasi hadisədir.
Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Xəbər15-ə açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycan lideri avtomobilin ikinci sifarişçisi olmaqla bu böyük texnoloji həmləsində qardaş Türkiyənin yanında olduğunu, Azərbaycanın hər zaman Türkiyəyə dəstək verəcəyini bir daha rəsmən nümayiş etdirdi.
Türkiyə isə Rəcəb Tayyib Ərdoğandan sonra yerli texnologiyanın bu möhtəşəm nümunəsini Azərbaycan Prezidentinə təqdim etməklə Türkiyənin bütün imkanları ilə Azərbaycanla bir olduğunu, əldə olunan bütün nailiyyətlərdən, heç şübhəsiz ki, müdafiə sənayesi nailiyyətləri də daxil olmaqla Azərbaycanın faydalana biləcəyini göstərdi.
Onun sözlərinə görə, indiki həssas məqamda bu, böyük siyasi dayanışma idi və prosesdən dostlar da, düşmən münasibət bəsləyənlər də öz nəticələrini çıxardılar. Ümumiyyətlə, Türkiyə tarixinin son 25 ilinə diqqət yetirsək, dövlətçilik baxımdan çox qısa hesab edilən bu zaman kəsiyində Cümhuriyyət tarixinin ən zəif və ən güclü paradoksuna şahidlik edərik. Əgər 2003-cü ilə qədər Türkiyə siyasəti çevrilişlər, qısa müddətli hökumətlər, Qərbin diktəsi ilə addım atan hərbi-siyasi elita və iqtisadi böhranlarla xarakterizə olunurdusa, Ərdoğanın hakimiyyətə gəlməsi ilə müasir türk tarixinin yeni dönəmi başlanıb.
“Bu illər ərzində Ankaranın qarşısında çox ciddi hədəflər olub, təbii ki, ilk növbədə Türkiyə Atatürk sonrası xeyli simvolikləşən iqtisadi və siyasi müstəqilliyini tam mənada bərqərar etdi. Milli müdafiə sənayesinin tam müstəqil təsisata çevrilməsinə nail olmaqla hərbi imkanlarını artıran Türkiyə “Togg”un simasında artıq güclü qüdrətli milli iqtisadiyyatın ən yeni mərhələsinin müjdəsini vermiş oldu. Təbii ki, Türkiyənin imkanları, gücü və nüfuzu artması isə eyni zamanda bizim də güc və imkanlarımızın artması deməkdir”, – deyə Bəhruz Məhərrəmov vurğulayıb.
Oxunma sayı: 1232-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub