Deputat: Türkiyə sənayesinin inkişafı Azərbaycan sənayesi üçün yeni imkanlar açacaq
“Togg” avtomobilinin istehsalının həyata keçirilməsi və təqdimatının Azərbaycanda reallaşması ondan xəbər verir ki, Türkiyə sənayesinin inkişafı, həm də Azərbaycan sənayesi üçün yeni imkanlar açacaq.Xəbər15
məlumat verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə uzunmüddətli əməkdaşlıq tarixinə malikdir. Son 20 ildə Türkiyə iqtisadiyyatında 3 dəfəyə yaxın artım qeydə alınıb və biz iki ölkə arasında münasibətlərin dərinləşməsini müşahidə etmişik. Ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 6 milyard dollaradək yüksəlib. Eyni zamanda, Türkiyə Azərbaycanın 3 milyard dollarlıq qeyri-neft ixracında iki ən böyük tərəfdaşdan biridir. Azərbaycanın qeyri-neft ixracatının 25 faizdən çoxu Türkiyənin payına düşür.
“Togg” avtomobil istehsalının həyata keçirilməsi Azərbaycan üçün yeni idxal mənbəyidir ki, bu da qardaş ölkədə avtomobillərin ixrac imkanlarının artmasına şərait yaradacaq. Həmçinin texnologiya əsasında gələcəkdə oxşar sənayenin Azərbaycanda qurulmasına və inkişaf etdirilməsinə zəmin yaradacaq. Türkiyədə sənayeləşmə, fərqli innovativ istiqamətlərin inkişaf etməsi bu təcrübənin Azərbaycana transferi üçün əlverişli mühit yaradır. “Togg” avtomobilinin Türkiyədə istehsalı bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə yeni qapılar açacaq”, – deyə deputat vurğulayıb.
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib