Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı dövlət başçısına təşəkkür edib.
Xəbər15 məlumat verir ki, keçmiş məhkum Mehmed Sağır jurnalistlərə müsahibəsi zamanı cəzasının 21 ayını çəkdiyi bildirib.
“TIR sürücüsüyəm. Moskvaya gedərkən sərhəddə tutulmuşdum. Ölkə başçısına təşəkkür edirəm ki, məni də əfv edərək ailəmə qovuşdurdu”, – Türkiyə vətəndaşı deyib.
Sərhədi qanunsuz keçdiyinə görə həbs edilən əfqanıstanlı məhkum Muhammad Ayaz Racad isə söyləyib ki, 2 il 2 ay həbs cəzasının 8 ayını əfv ediblər: “Cəzamın bir il dörd ayını cəzaçəkmə müəssisəsində keçirdim. Qalan 8 ayı əfv edildi. Təşəkkür edirəm ki, mən də bağışlananlar arasına salındım”.
Oxunma sayı: 576OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib