Ekspert: Baha olduğu üçün hazırda Azərbaycanda “Togg”a maraq çox deyil
Nəzərə alsaq ki, “Togg” avtomobilin qiyməti bahadır, hazırda marağın o qədər də çox olacağını gözləmirəm. Amma gələcəkdə bu avtomobillərin Azərbaycan bazarında satılacağına, əhalinin bundan istifadə edəcəyinə şübhəm yoxdur.
Bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov Xəbər15-ə açıqlamasında deyib.
Ekspert qeyd edib ki, bu avtomobil əvvəlcə Türkiyə bazarında və rəqiblərinə qarşı özünü doğrultmalıdır, təsdiqləməlidir.
Eldəniz Əmirov, həmçinin diqqətə çatdırıb ki, “Togg” avtomobilinin Prezident İlham Əliyevə təqdim olunmasında əsas məsələ onun mənəvi dəyəridir. Bu, Azərbaycan və Türkiyənin sözdə yox, əməldə də qardaş olduğunu göstərir. Eyni zamanda, bunu bir ölkədə baş verən texnoloji yeniliklərin digər ölkə ilə paralel istifadəsi anlamı kimi də qəbul etmək olar.
Oxunma sayı: 550-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib