Ekspert: Türkiyənin hərbi sanəyesindəki yenilikləri gələcəkdə Azərbaycanda da görəcəyik

Ordu - 15 May 2023 19:16 A A

Coğrafiyamızdakı mövcud təhdid və təhlükələrə qarşı Şuşa bəyannaməsinin imzalanmasından sonrakı mərhələ Türkiyə ilə bərabər mübarizə aparmaq, bu yol xəritəsini bərabər getməkdir. Xüsusən də Türkiyənin müdafiə sənayesində yeni mərhələnin başlanması bu məsələdə çox böyük dəstək olacaq.

Bu fikirləri Xəbər15-ə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev deyib.

O bildirib ki, 2020-ci ilin “Defence news” nəşrinin bir statistikası var. 100 ilin ən iri 100 müdafiə sənayesi şirkətlərinin siyahısında beş Türkiyə müdafiə sənayesi şirkəti yer alıb. Xüsusən “Aselsan”, “Habelsan”, “Tüsaş BMC” və “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edən şirkətlər var. Yəni müdafiə sənayesini bu səviyyəyə çatdırmaqla Türkiyə Silahlı qüvvələri daxili tələbatının 80 faizini təmin edə bilir.

“Eyni zamanda, bizim silahlı qüvvələrimizin Şuşa bəyannaməsindən sonra Türkiyənin mini modelinə keçidi də, necə ki 44 günlük müharibədə “Bayraktar TB2” uçuş aparatlarını təmin etmişdik, bu məsələdə Türkiyə bizə yardımçı olmuşdu. Həmçinin Türkiyə “Bayraktar TB3” pilotsuz uçuş aparatlarını, xüsusən də Kızılelma PUA” yeni modifikasiyalarını istehsal etməyə başlayıb və bunu daşıyıcı gəmi üzərində öz sərhədləri daxilində, dənizlərdə istifadəsinə dair də yeni bir modifikasıyasını ərsəyə gətirdi. Bütün bunlar onu göstərir ki, Türkiyə və onun yanında olan Azərbaycan bunu nəzərə alan ölkələrin diqqətinə çatdırır ki, bütün bu məsələləri nəzərə alsınlar”, – deyə hərbi ekspert vurğulayıb.

Elxan Şıxəliyev qeyd edib ki, Ermənistan və İran kimi qonşularımız bilməlidir ki, Türkiyənin hərbi və digər sənayedə gücü və uğuru Azərbaycanın da uğurlarıdır. Necə ki, Azərbaycanın bütün uğurları, xüsusilə də 44 günlük müharibədən sonrakı silahlı qüvvələrimizin vəziyyəti Türkiyənin təhlükəsizliyinin qarantıdır. Bunu belə qəbul edib, bu coğrafiyada bunun çətiri altında yaşayacağıq.

Türkiyənin yeni hərbi gəmisinin istehsalına toxunan ekspert diqqətə çatdırıb ki, bu SİHA gəmisi uzun məsafəli uçuşa və uzun müddət havada qala biləcək dağıdıcı raket daşıya bilən bir gücə malikdir. Bu Türkiyəni bu kimi SİHA sinfinə malik ölkələr səviyyəsinə qaldırır. Hətta qabaqcıl texnoloji avadanlıqlara, intellektual mühəndis gücünə malik olan Yaponiya Türkiyədən “Bayraktar TB2” PUA-larını sifariş edib: “İnanıram ki, növbəti mərhələdə bu SİHA-lar, “Kızılelma”lar Azərbaycan Silahlı Qüvvələrinin də sıralarında olacaq. Çünki, Türkiyə hər zaman bizi yanında görür və biz bu kimi yenilikləri gələcəkdə Azərbaycan Silahlı Qüvvələrində də görəcəyik”.

Oxunma sayı: 320
Ordu - 19:16 A A
OXŞAR XƏBƏRLƏR