Elçin İbadov: STAR NEZ Türkiyənin neft məhsullarına olan tələbatın 25 %-ni ödəyir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa yarımadasında inşa etdiyi STAR Neft Emalı Zavodunda (NEZ) istehsal edilən neft məhsulları Türkiyənin tələbatının təxminən 25 %-ni ödəyir.
Xəbər15 məlumat verir ki, bunu “SOCAR Türkiyə”nin Baş direktoru Elçin İbadov bildirib.
Onun sözlərinə görə, ötən il STAR NEZ-in istehsal gücündən istifadə göstəricisi 113 faizə çatıb: “Bu gün STAR zavodu 11 milyon ton xam neft və emal məhsulları istehsal edir. Bu, Türkiyənin neft məhsullarına olan ehtiyacının təxminən 25 faizini qarşılayır”.
E.İbadovun fikrincə, təbii ki, bu kifayət deyil: “Amma biz bazarın xarici asılılığını əhəmiyyətli dərəcədə azaltdığımız üçün Türkiyənin cari hesab kəsirinə hər il 1 milyard ABŞ dollarına yaxın töhfə verməkdən qürur duyuruq”.
O vurğulayıb ki, neft emalı zavodlarının standart tutumdan istifadə nisbəti var: “Lakin effektiv planlaşdırma, dəyər yaratma təşəbbüsləri və yüksək səviyyəli mühəndislik həlləri ilə heç bir əlavə sərmayə qoymadan zavodun gücündən artıq məhsul istehsal etmək olar. Məsələn, 10 milyon ton standart gücümüz var, amma biz 11,3 milyon ton istehsal edə bilmişik ki, bu da 113 faiz gücün istifadə göstəricisidir”.
Oxunma sayı: 336-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb