Elektrik mühərrikli avtomobillər ilə bağlı Türkiyə təcrübəsi AERA ilə bölüşülüb

İqtisadiyyat - 17 Mart 2023 16:37 A A

Azərbaycan-Türkiyə II Enerji Forumunun “Tənzimləmə” İşçi qrupunun 2022-2023-cü illər üzrə Forumlararası Fəaliyyət Planı çərçivəsində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) və Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) mütəxəssisləri arasında növbəti görüş keçirilib.

Agentlikdən Xəbər15-ə bildirilib ki, görüşdə elektrik mühərrikli avtomobillər üçün enerji doldurma xidmətinin tənzimlənməsi ilə bağlı Türkiyə təcrübəsi AERA ilə bölüşülüb.

Görüş zamanı EPDK-nın enerji üzrə mütəxəssisi Kamil Maviş təqdimatla çıxış edərək Türkiyədə elektrik mühərrikli avtomobillərin artım tempi və onların regionlar üzrə əhatə dairəsinə dair statistik göstəriciləri, elektrik mühərrikli avtomobillər üçün enerji doldurma xidməti üzrə tarifləri, eləcə də qeyd edilən sahədə qanunvericiliklə bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Eyni zamanda, görüşdə elektrik mühərrikli avtomobillərin geniş tətbiqinin elektroenergetika sektoruna təsirindən söz açılıb və enerji doldurma xidmətinin lisenziyalaşdırılması, tənzimlənməsi və dövlət nəzarətinin həyata keçirilməsinin zəruriliyi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş interaktiv sual-cavab sessiyası ilə başa çatıb.

Oxunma sayı: 512
İqtisadiyyat - 16:37 A A
OXŞAR XƏBƏRLƏR