Elnur Allahverdiyev: Azərbaycan-Türkiyə münasibətlərindən yanlış istifadə etməyə çalışanlar var
Azərbaycan-Türkiyə münasibətlərindən yanlış istifadə etməyə çalışan qüvvələr var.
Xəbər15 məlumat verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentin mayın 12-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
O, mayın 14-də Türkiyədə keçiriləcək seçkiləri Azərbaycan vətəndaşlarının da diqqətlə izlədiyini xatırladıb: “Bu seçkilərin hansı nəticələrlə başa çatmasından asılı olmayaraq, Türkiyə və Azərbaycan strateji tərəfdaş, qardaş, “bir millət, iki dövlət”dir. Yenə də təəssüf ki, bu səmimi münasibətlərindən öz məqsədləri, seçki hədəfləri üçün yanlış istifadə etməyə çalışan qüvvələr də var”.
“Bu günlərdə Türkiyədə müxalifətin namizədi bəyan edib ki, Azərbaycanda Türkiyədən gələn yük maşınlarından yüksək rüsum alınır, eyni zamanda, bu rüsum digər heç bir dövlətin maşınlarından tələb olunmur. Bu, yanlış fikirdir və müxalifətin lideri məsələ barəsində kifayət qədər məlumatlı deyil. Bundan başqa, müxalifət liderinin daha öncə təklif etdiyi İpək Yolu layihəsi türk dövlətlərini necə birləşdirə bilər ki, bu layihədən Azərbaycan və Qazaxıstan kənarda qalırlar?! Yolun əsas hissəsi Ermənistana açıq-aşkar kömək edən İranın ərazisindən keçir. Qardaş ölkədə təqribən 180-200 min yük avtomobili sürücüsü var. Güman edirəm ki, müxalifət liderinin bu bəyanatı onların səslərinə hesablanıb”, – deyə deputat qeyd edib.
Oxunma sayı: 342-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub