Erməni politoloq: Heç kim Türkiyə və Azərbaycana qarşı Ermənistanın müttəfiqi olmaq istəmir

Siyasət - 15 Mart 2023 17:49 A A

Qərb ölkələri açıq şəkildə bildirirlər ki, Ermənistana təhlükəsizlik zəmanəti verməyə hazır deyillər.
Xəbər15 məlumat verir ki, bu fikirləri “Demokratik Alternativ” partiyasının lideri, politoloq Suren Surenyants jurnalistlərə açıqlamasında deyib.
“Qərb tərəfdaşları Ermənistanın təhlükəsizliyinin təminatçısı rolunu öz üzərlərinə götürməyə hazır olmadıqlarını gizlətmirlər. Qarabağ münaqişəsi və Ermənistan-Türkiyə münasibətləri həll olunmayana qədər Rusiya Federasiyasından tutmuş ABŞ-a kimi istənilən ölkənin Ermənistanın qeyd-şərtsiz müttəfiqi olacağına inanmaq sadəlövhlükdür. Heç kim Türkiyə və Azərbaycana qarşı Ermənistanın müttəfiqi olmaq istəmir. Çünki onlar bütün ölkələr üçün önəmlidir”.
Politoloqun fikrincə, Avropa İttifaqının və ya ABŞ-ın enerji sektorunda strateji tərəfdaşa (Azərbaycan), eləcə də NATO müttəfiqinə (Türkiyə) qarşı sanksiyalar tətbiq edəcəyini təsəvvür etmək çətindir.

Oxunma sayı: 353
Siyasət - 17:49 A A
OXŞAR XƏBƏRLƏR