Ermənistanda 25 təhsil müəssisəsində türk və Azərbaycan dilləri tədris olunur
Keçən ilin sentyabr ayından Ermənistanda 25 təhsil müəssisəsində fars, gürcü, türk və Azərbaycan dilləri tədris olunur.
Xəbər15 Ermənistan mətbuatına istinadla məlumat verir ki, bununla bağlı Ermənistanın elm, təhsil, mədəniyyət və idman naziri Janna Andreasyan deyib.
Nazir qeyd edib ki, bununla bağlı əvvəlcə məktəblər arasında sorğu keçirilib və 400-ə yaxın məktəb əsas türk dili olmaqla, bir sıra regional dillərin tədrisini dəstəkləyiblər.
“Dəstəkləyən bütün məktəblərdə bu dillərin tədrisi üçün hazırda kadr ehtiyatı yoxdur. Bunun üçün bizə zaman lazımdır”, – deyə Janna Andreasyan bildirib.
Oxunma sayı: 464OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib