FHN-in əməkdaşı “TEKNOFEST” festivalı çərçivəsində keçirilən sərgidə gümüş medal qazanıb

Texnologiya - 13 May 2023 05:02 A A

İstanbul şəhərində “TEKNOFEST” festivalı çərçivəsində təşkil edilən Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyinin, Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə keçirilən “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin əməkdaşı Ramin Babayev yeni ixtirasına görə gümüş medal qazanıb.

Nazirlikdən Xəbər15-ə bildirilib ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin sərgiyə göndərdiyi ixtiralar içərisində R.Babayevin sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsinə təqdim etdiyi idman trenajoru faydalı model idman avadanlığı böyük marağa səbəb olub və münsiflər heyəti tərəfindən gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünyanın ən böyük texnoloji yarışı olan “TEKNOFEST” festivalı çərçivəsində təşkil edilən “ISIF”23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedoniya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Oxunma sayı: 400
Texnologiya - 05:02 A A
OXŞAR XƏBƏRLƏR