FHN-in dəvəti ilə ölkəmizə gəlmiş türkiyəli psixoloqlar 1743 nəfərə yardım göstərib
Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən çox peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, ötən müddət ərzində 1743 vətəndaşa, o cümlədən 271 uşağa 4773 seans psixoloji yardım göstərilib.
Xatırladaq ki, hazırda Bakı və Naxçıvan şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar nazirliyin 112 – qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.
Oxunma sayı: 427-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub