FHN-in Türkiyədə olan xilasedicilərinin növbəti qrupu ölkəmizə qayıdıb
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə ölkəmizə qayıdıb.
FHN-dən Xəbər15-ə bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb.
Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin fədakarlıq və peşəkarlıq nümunəsi olduğunu bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.
Oxunma sayı: 558
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib