FHN: Türkiyədə 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib

1+1 - 7 Mart 2023 13:07 A A

Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

FHN-dən Xəbər15-ə bildirilib ki, ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.

Oxunma sayı: 374
1+1 - 13:07 A A
OXŞAR XƏBƏRLƏR