Gömrük Akademiyası ilə Balıkesir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə Türkiyənin Balıkesir Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
DGKA-dan Xəbər15-ə bildirilib ki, onlayn formatda təşkil olunan görüşdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu və hər iki ali təhsil müəssisəsinin əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov Azərbaycan ilə Türkiyə arasında mövcud olan səmimi dostluq və qardaşlıq əlaqələrindən söz açaraq təhsil sahəsində də əməkdaşlığın vacibliyini qeyd edib. Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsinin böyük tarixi və strateji əhəmiyyətdən söz açan Qulu Novruzov iki ölkə arasında bütün sahələrdəki əməkdaşlıqların bu bəyannamənin ruhunu özündə ifadə etməli olduğunu diqqətə çatdırıb. Akademiyanın rəisi zəngin tarixi inkişaf yolu keçən Balıkesir Universiteti ilə imzalanacaq memorandumun qarşılıqlı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirəcəyinə əminliyi vurğulayıb.
Görüşdə Balıkesir Universitetinin rektoru Prof. Dr. Yücel Oğurlu təmsil etdiyi ali təhsil müəssisəsinin strateji hədəfləri barədə danışaraq bu istiqamətdə Akademiya ilə əməkdaşlıqdan qürur duyduqlarını bildirib. Y.Oğurlu qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin hər iki tərəf üçün səmərəli olacağını əminliklə qeyd edib.
Müzakirələrdən sonra iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər arasında birgə konfransların keçirilməsi, tədqiqat işlərinin aparılması, tələbə və akademik heyətin mübadiləsi, beynəlxalq layihələr çərçivəsində tərəfdaşlıq və sair nəzərdə tutulub.
Oxunma sayı: 624-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib