Gömrük Komitəsi: İstanbuldan Bakıya gətirilən brend geyim əşyaları aşkarlanıb

Hadisə - 23 Mart 2023 18:49 A A

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının VİP zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Xəbər15-ə bildirilib ki, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və yaxud elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı: 437
Hadisə - 18:49 A A
OXŞAR XƏBƏRLƏR