Güngör Yavuzaslan: Türkiyə və Pakistan Qarabağın dirçəlişində Azərbaycana dəstək olan ən aktiv iki ölkədir – VİDEO
Türkiyə şirkətləri Qarabağda aktiv şəkildə fəaliyyət göstərir. Təxminən 20-dən çox şirkət tikinti, infrastruktur, telekommunikasiya, enerji sahələrində Azərbaycan şirkətləri ilə birgə çalışır.
Bu sözləri Xəbər15-ə açıqlamasında türkiyəli ekspert, beynəlxalq araşdırmaçı Güngör Yavuzaslan deyib.
Ekspert bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri arasında əldə olunan ikitərəfli razılaşmalar nəticəsində Türkiyə şirkətləri Qarabağda fəaliyyətə başladı və daha sonra Pakistan şirkətləri də bu prosesə qoşuldu. Hazırda Türkiyə və Pakistan Qarabağın dirçəlişində Azərbaycana dəstək olan ən aktiv iki ölkədir. Azərbaycan Qarabağda qısa müddətdə ilk hava limanının, magistralların inşasında Türkiyə şirkətlərinin beynəlxalq təcrübəsinə üstünlük verdi.
Güngör Yavuzaslan qeyd edib ki, minaların təmizlənməsi ilə görülən işlər daha da sürətlənir və qarşıdakı günlərdə də sürətlə davam edəcək.
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib