Hərbi ekspert: “Şuşa Bəyannaməsi”nin tələblərindən biri də Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqdır
Türkiyə artıq ilk amfibiya gəmilərini sınaqdan keçirməyə və istehsal etməyə başladı. Bu gəmilər dənizlərdə vertolyot və pilotsuz uçuş aparatlarının daşınması üçün nəzərdə tutulub. Ətrafı dənizlərlə əhatəli olan bir dövlətin bu cür gəmilərə ciddi ehtiyacı var. Xüsusən də Aralıq, Egey və Qara dənizdə bu cür platformaların olması Türkiyənin daha dinamik əməliyyatlarda iştirak etməsinə şərait yaradacaq.
Bu fikirləri Xəbər15-ə açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu deyib.
O bildirib ki, hazırda Türkiyənin müdafiə sənayesi bir çox istiqamətlərdə iştirak edib. “Aselsan”, “Roketsan”, “Baykar” və başqa şirkətlər var ki, bunlar ölkənin hərbi gücünü artırmaqla yanaşı, Türkiyənin iqtisadiyyatına da müsbət təsir göstərir.
“Bu gün Azərbaycan Türkiyənin müdafiə sənayesi ilə məşğul olan şirkətləri ilə əməkdaşlıq edir. Bu, bizim hərb sahəsində daha da inkişafımıza səbəb olacaq. Eyni zamanda, “Şuşa Bəyannaməsi”nin tələbləri var ki, onlardan biri də müdafiə sənayemizin inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlıqdır. Türkiyənin uzaqmənzilli roket artilleriya sistemlərini, zirehli texnikaları istehsal etməsi ilə bərabər dənizlərdə amfibiya vasitələrinin istehsalı və tətbiqi sevindirici haldır. Türkiyə ilə əməkdaşlıq, ordumuzun potensialını artırmaq bizə təhlükələri də dəf etmək imkanı verəcək”, – deyə hərbi ekspert vurğulayıb.
Oxunma sayı: 666-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib