Ankarada Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 2-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Xəbər15-ə bildirilib ki, deputat mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Ankarada keçiriləcək tədbirlərə qatılacaq.
Tədbirlərdə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti barədə danışılacaq, onun Azərbaycanın dövlətçilik tarixindəki rolundan və türk dünyası qarşısındakı müstəsna xidmətlərindən bəhs ediləcək.
Oxunma sayı: 358OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib