Hulusi Akar: Azərbaycan başda olmaqla dost və qardaşlarımızın yanında olmağa davam edəcəyik

Ordu - 16 Aprel 2023 14:20 A A

Biz təkcə terrorizmlə mübarizə aparmırıq, həm də dostlarımızı və qardaşlarımızı xüsusən Azərbaycan başda olmaqla, Somali, o cümlədən Liviyada, Qətərdə, Kosovoda, Bosniyadan olan bacı-qardaşlarımızın haqq işində yanında olmağa davam edirik.

Xəbər15 “CNN Türk”ə istinadla məlumat verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən bu günə kimi 37 min 732 terrorçu zərərsizləşdirilib.

“Mehmetçik təkcə terrorla mübarizə deyil, bütün dənizlərimizdə, səmamızda, ölkəmizi, millətimizi qorumaq üçün gözünü qırpmadan “ölsəm şəhid, qalsam da qazi olmaq” anlayışı ilə mübarizəsini davam etdirir. Hər birinizin bildiyi kimi, dünyada təhlükəsizlik problemləri var. Türkiyə Cümhuriyyəti Prezidentimizin rəhbərliyi ilə iqtisadi, hərbi və təhlükəsizlik sahələrində beynəlxalq münasibətlərin subyektinə çevrilib. Türkiyə olmadan bölgəmizdə heç bir problemi həll etmək mümkün deyil. Ona görə də Türkiyə əvvəlkindən daha güclü və böyük olmalıdır. Güclü Türkiyə, böyük bir Türkiyə üçün. Bunun üçün hamımız daha çox çalışmalıyıq”, – deyə nazir vurğulayıb.

Oxunma sayı: 339
Ordu - 14:20 A A
OXŞAR XƏBƏRLƏR