İƏT komissiyasının türkiyəli rəsmisi Gəncədə səfərdədir

Siyasət - 4 Sentyabr 2023 10:54 A A

İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir.

Xəbər15 bildirir ki, səfərin məqsədi faktaraşdırıcı missiyanın həyata keçirilməsidir.

Nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət edib.

Burada raket hücumları nəticəsində zərərçəkmiş şəxslərlə görüş keçirilib.

Qonaqlar daha sonra “İmamzadə” Ziyarətgah Kompleksinə baş çəkəcəklər.

Qeyd edək ki, nümayəndə heyəti dünən işğaldan azad edilmiş Ağdam rayonuna da səfər ediblər. Ağdama səfərləri zamanı qonaqlar vandalizimə məruz qalmış məzarlıqlara baxıb və şəhər Cümə məscidində olublar.

Nümayəndə heyətinin tərkibinə İƏT MDİHK sədr müavini Hacı Ali Açıkgül (Türkiyə) daxildir.

Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Mənbə: Report

Oxunma sayı: 224
Siyasət - 10:54 A A
OXŞAR XƏBƏRLƏR