İİTKM əməkdaşı İstanbulda TDT Baş katibi ilə görüşüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri səlahiyyətlərini icra edən Ayhan Satıcı İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevlə görüşüb.
Mərkəzdən Xəbər15-ə bildirilib ki, görüşdə Ayhan Satıcı türk dünyasına inteqrasiya ilə bağlı Mərkəz tərəfindən görülən işlər barədə məlumat verib. O bildirib ki, artıq bir neçə aydır “Türk iqtisadi icmalı” Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrə paylanmaqla – 8 dildə nəşr olunur. Bundan başqa, iki hissədən ibarət “Türk dövlətləri iqtisadiyyatı: Çağırışlar, uğurlar və imkanlar” kitabı hazırlanır.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev isə Azərbaycanla potensial əməkdaşlıq imkanlarından məmnunluğunu ifadə edib. O əlavə edib ki, Azərbaycanın həm siyasi, həm də iqtisadi gücünün artması türk dövlətlərinin inkişafına təkan verir.
Qeyd edək ki, Ayhan Satıcının Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşü İstanbulda Türk Dövlətləri Təşkilatının toplantısı çərçivəsində baş tutub.
Oxunma sayı: 314-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub